Yaşı 55-i keçən müəllimlərin sertifikasiya ilə bağlı narahatlığına aydınlıq gətirilib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun jurnalistlərlə görüşündə bildirdiyinə görə, yaşı 55-dən yuxarı müəllimlər təcrübəsinə və biliyinə arxayındırsa, imtahanlara görə narahat olmamalıdır.
“Müəllimlər deyir ki, biz siyasətçilər, deputatlar yetişdirmişik, amma yaşa görə yaddaş zəifləyib. Hesab edirəm ki, əgər bir müəllim siyasətçi, deputat yetişdiribsə, yaşı nə qədər çox olsa da, sertifkatlaşdırma suallarına rahatlıqla cavab verə bilərlər”, – deyə R.Əzizov vurğulayıb.