20 C
Baku
Saturday, May 25, 2024

Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb.

Banker.az xəbər verir ki, sənədi SOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətinin Hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho imzalayıblar.

Tədbirdə 2 fevral 2023-cü il tarixində şirkətlər arasında Azərbaycanda dənizdə və quruda külək, günəş və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Sazişin imzalandığı məmnunluqla qeyd olunub.

Bu xüsusda yeni imzalanan sənədin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutduğu qeyd edilib.

Sazişə əsasən, “ACWA Power”in “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsinin bərpa olunan enerji və yaşıl hidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı vurğulanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər