22 C
Baku
Friday, April 19, 2024

Yaşıl Kart çərçivəsində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 15% artıb

2019-cu ilin I yarımilində Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və hadisələri barədə məlumat

İcbari Sığorta Bürosu (Büro) 2019-cu ilin ilk altı ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və hadisələri barədə məlumatı təqdim edir.

Büronun verdiyi məlumata görə, 2019-ci ilin yanvar – iyun ayları ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 18 837 sığorta şəhadətnaməsinin satışı həyata keçirilmişdir. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisə edildikdə 16% artım deməkdir.

Hesabat dövründə Yaşıl Kart beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 1 359 162 manat təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

Digər tərəfdən, hesabat dövründə sığorta hadisələrinin sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% artaraq 219-a yüksəlmişdir.

2019-cu ilin I yarımilində Büro tərəfindən Yaşıl Kart sistemi çərçivəsində sığorta tələbləri ilə bağlı 72 iş üzrə icraat davam etdirilmişdir. İcraatda olan işlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə  42% azalma müşahidə olunmuşdur. Bu da öz növbəsində Büronun Yaşıl Kart sistemi çərçivəsində hadisələr üzrə sığorta ödənişləri ilə bağlı daha operativ fəaliyyət göstərməsinin nəticəsidir.

Qeyd edək ki, hazırda Yaşıl Kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 12 sığorta şirkəti fəaliyyət göstərir.

Yaşıl Kart beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən Yaşıl Kart haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan Respublikası 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 1 yanvar 2016-cı il tarixdən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

 

 

Son xəbərlər
Digər xəbərlər