“Yaşıl kart” sistemi üzrə tariflər artırıla bilər.
Bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.
Onun sözlərinə görə, devalvasiyadan sonra Azərbaycanda tariflər aşağı səviyyədədir: “2014-cü ildə biz qiymətləri Türkiyə və Rusiyaya istinadən təyin etmişdik. Ötən il baş verən devalvasiyadan sonra isə bizdə qiymətlər aşağı səviyyədədir. Düşünürəm ki, 1-2 il ərzində insanlar bu qiymətlərə öyrəşməlidir. Lakin tariflərin artırılması istisna edilmir”.
APA