1 C
Baku
Saturday, December 14, 2024

“Yaşıl Kart” üzrə sığorta müqavilələrinin sayı 37% artıb

2021-ci il ərzində 16 177 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 2.423.309 manat sığorta haqqı toplanmışdır. 2022-ci ilin müvafiq dövründə isə 22 187 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 3.018.594 manat sığorta haqqı toplanmışdır. 12 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 37%, sığorta haqlarında isə 25% artım olmuşdur.

1

 

2021-ci il ərzində Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 150 manat, 2022-ci ilin müvafiq dövründə isə 136 manat olmuşdur.

2021-2022-ci illər ərzində nəqliyyat vasitələrinin növləri üzrə müqavilələrin sayı və sığorta haqları ilə aşağıdakı cədvəldə daha ətraflı tanış ola bilərsiniz.

2

 

2021-ci il ərzində ölkə xaricində baş vermiş 233 yol-nəqliyyat hadisəsinə görə 712.397 manat, 2022-ci ilin müvafiq dövründə isə 291 yol-nəqliyyat hadisəsinə görə 910.421 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, sığorta ödənişlərinin həcmində 28%, sayında isə 25% artım müşahidə edilmişdir. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 3.057 manat, 2022-ci il ərzində isə 3.128 manat təşkil etmişdir. 2021 və 2022-ci illər ərzində hadisələrin baş verdiyi ölkələr əsasən Rusiya və Türkiyə olmuşdur. Rusiyada baş verən hadisələr üzrə 2021-ci ildə verilmiş orta sığorta ödənişləri 2.869 manat, 2022-ci ildə isə 3.509 manat təşkil etməklə təxminən 22% artmışdır.

2021-2022-ci illər ərzində ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri aşağıdakı cədvəldə göstərilmişdir:

4

2021- 2022 -ci illərdə xarici ölkələrdə baş vermiş hadisələr üzrə ümumi zərərlilik nisbətlərində fərqlilik müşahidə olunmuşdur. Belə ki, 2021-ci ildə toplanan sığorta haqlarının 29%-i həcmində sığorta ödənişi verilmiş, 2022-ci ildə  isə bu rəqəm  30% təşkil etmişdir.

2021-2022-ci illər ərzində xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri aşağıdakı kimidir:

5

Beynəlxalq Yaşıl Kart Sisteminə üzv və xaricdə qeydiyyata alınmış nəqliyyat vasitələrinin 2021-ci il ərzində ölkə daxilində törətdikləri 47 yol-nəqliyyat hadisəsinə görə 100.139,92 manat, 2022-ci ilin müvafiq dövründə isə 57 yol-nəqliyyat hadisəsinə görə 139.947,25 manat sığorta ödənişi həyata keçirilmişdir. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 2.130 manat, 2022-ci il ərzində isə 2.455 manat təşkil etmişdir. Beləliklə, orta sığorta ödənişi 15% artmışdır.

Aşağıdakı cədvəldə Beynəlxalq Yaşıl Kart Sisteminə üzv və xaricdə qeydiyyata alınmış nəqliyyat vasitələrinin 2021 və 2022-ci illərdə ölkəmizdə törətdikləri qəzalar barədə statistik məlumatlar ölkələr üzrə təqdim edilir.

6

 

 

Son xəbərlər
Digər xəbərlər