24 C
Baku
Monday, May 12, 2025

Yatırım fürsəti! İllik 15% gəlirlə FINCA Azerbaijan istiqrazları artıq satışda!

®Azərbaycanda mikromaliyyə sahəsində fəaliyyət göstərən aparıcı qurumlardan biri olan FINCA Azerbaijan, 3 000 000 AZN həcmində, illik 15% gəlirliliklə istiqraz emissiyasını uğurla həyata keçirdiyini elan edir. Bu istiqrazlar 18 aylıq tədavül müddətinə malik olub, rüblük faiz ödənişləri ilə sabit gəlir imkanı yaradır.
Yeni buraxılan istiqrazlar qısa müddətdə etibarlı və yüksək gəlirli investisiya alternativi axtaranlar üçün nəzərdə tutulub. İstiqrazların 100 AZN nominal dəyəri, onları həm iri, həm də fərdi investorlar üçün əlçatan edir.
İstiqrazların əsas şərtləri:
  • Nominal dəyər: 100 AZN
  • İllik faiz dərəcəsi: 15%
  • Tədavül müddəti: 18 ay
  • Buraxılış həcmi: 3 000 000 AZN
  • Faiz ödənişləri: Rüblük
“FINCA Azerbaijan” haqqında
Əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara ölkə üzrə 26 filial vasitəsilə xidmət göstərir. “FINCA Azerbaijan”, “FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.
Son xəbərlər
Digər xəbərlər