10 C
Baku
Friday, November 15, 2024

“Yaxın bir neçə ildə manatın möhkəmlənməsini gözləməməliyik” – Bank üzrə ekspert

“Son bir ildə valyuta ehtiyatlarımız o qədər azalıb ki, neftin qiymətinin artması manatın möhkəmlənməsinə səbəb olmayacaq”.

Açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov neft qiymətinin qalxması fonunda, manatın dollar qarşısında getdikcə ucuzlaşması şərh edərkən deyib.

Əkrəm Həsənov qeyd edir ki, Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə əsasən, neft qiyməti artdıqca, manatın möhkəmlənməsi baş verməliydi: “Necə ki,  Rusiya rublu və

Əkrəm Həsənov
Əkrəm Həsənov

Qazaxıstan təngəsinin qiyməti artır. Çünki neft qiyməti onlara təsir edir. Bizdə isə, manatın məzənnəsini bazar deyil, inzibati qaydada müəyyən edirlər. Mən hər zaman qeyd edirdim ki, manatın məzənnəsi yalnız neftin qiymətinə bağlı deyil. Bu həm də, neft hasilatımızın həcminə bağlıdır. Azərbaycanın neft hasilatının həcmi düşür.  Biz əvvəlki qədər neft hasil etmirik. Bu səbəbdən neftin qiymətinin qalxması manata təsir etmir”.

Ekspertin sözlərinə görə, son bir ildə valyuta ehtiyatlarımız o qədər azalıb ki, neftin qiymətinin artması  manatın güclənməsinə səbəb olmur: “Ötən aylar üzrə itkilərimiz o qədər çoxdur ki, artıq manatın dəyəri qalxmır. Buna görə də, yaxın bir neçə ildə manatın möhkəmləsini gözləməməliyik. Ən yaxşı halda manat sadəcə düşməyəcək. Hətta neftin qiyməti bundan da çox bahalaşsa belə möhkəmlənmə və əvvəlki vəziyyətə qayıtma olmayacaq. Çünki neft hasilatımız düşür. Bizim satdığımız əmtəənin qiyməti baha olsa belə, biz əvvəlki qədər onu bazara çıxara bilmirik”.
©Qaynar.info
Son xəbərlər
Digər xəbərlər