Yaxın günlərdə Bakıda ilk dəfə olaraq 5G şəbəkəsi tətbiq olunacaq

0

Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq.

Bunu “APA-Economics”ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bildirilib ki, artıq bir həftədir Çinin “Huawei” şirkəti ilə belə bir eksperimental zona Heydər Əliyev mərkəzində yaradılıb.

 

“Hazırda bu şəbəkənin istismara verilməsi məqsədilə müvafiq qanunvericilik hazırlanır. Bu işlər hələ ilkin mərhələdədir. Paralel olaraq sahə üzrə mütəxəssislərlə müzakirələr aparılır. Belə ki, qurulacaq şəbəkə texnoloji nöqteyi-nəzərdən düzgün qurulmalıdır, çünki burada söhbət çoxlu sayda internetə qoşulacaq qurğulardan gedir ki, buna yanaşma tam fərqli olmalıdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 5G test şəbəkəsinin qurulması işləri Azərbaycanın mobil rabitə operatoru olan “Azercell Telekom” tərəfindən aparılıb.