13 C
Baku
Saturday, November 16, 2024

Yaxın günlərdə İlham Əliyev tərəfindən ilk “DOST” mərkəzinin açılışı olacaq

Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin ilk binası açılacaq.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, ilk “DOST” mərkəzlərinin yaradılması istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir:

“Hazırda binada təmir işləri aparılır. Yaxın günlərdə prezident İlham Əliyev tərəfindən ilk “DOST” mərkəzinin binasının açılışı olacaq”.

Sahil Babayev deyib ki, “DOST” mərkəzlərinin yaradılması birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər