6 C
Baku
Monday, December 16, 2024

Yaxın iki ayda daha 500 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə veriləcək

Ötən il 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.

Banker.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında danışıb.

Nazir qeyd edib ki, bu il üçün onlara daha 1 500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Cari ilin birinci yarımilində artıq 600-ü təqdim olunub. 44 günlük Vətən müharibəsindən sonra 3 600, ümumiyyətlə ötən dövrdə 12 500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olanlara verilib.

Yaxın iki ayda daha 500 mənzil və fərdi ev veriləcək. Ümumilikdə dövlət başçısının tapşırığına uyğun olaraq nazirlik növbədə olan bütün şəhid ailələri və müharibə əlillərini yaxın gələcəkdə mənzil və fərdi evlərlə təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər