9 C
Baku
Wednesday, November 27, 2024

“Yaxın illərdə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır”

Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, 6 fakültə (pedaqoji, mühəndilik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər) üzrə yeni tədris ilində ilkin mərhələdə 1 000 tələbə qəbulu olacaq.

E.Əmrullayev bildirib ki, əməkhaqqının orta göstəricidən artıq olması nəzərdə tutulur: “Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Şuşa və Ağdamdan olan alimlərlə görüş keçirməyi düşünürük. Azərbaycandan kənarda yaşayan mütəxəssislərin də orada görməyi çox istəyirik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər