4 C
Baku
Saturday, February 24, 2024

“Yaxın Şərq böhranı neft bazarlarını dərindən sarsıda bilər”

Yaxın Şərqdə baş verən münaqişə neft bazarlarını dərindən sarsıda bilər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib.

“Bu gün biz Yaxın Şərqdə neft bazarlarını yenidən və dərindən sarsıda biləcək böyük geosiyasi böhranla üz-üzəyik. Çünki bu regionda bir çox neft hasil edən ölkələr yerləşir”, – Fatih Birol qeyd edib.

O, əlavə edib ki, hazırda münaqişədə hansı Yaxın Şərq ölkələrinin iştirak etdiyi və böhranın ticarət yollarına necə təsir edəcəyi ilə bağlı müzakirələr aparılır.

“Bunlar qlobal neft təhlükəsizliyi üçün ciddi risklərə səbəb ola biləcək mürəkkəb məsələlərdir”, – Fatih Birol vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər