10 C
Baku
Friday, November 15, 2024

Yaxın Şərq liderləri bu gün Qəzzadakı vəziyyəti müzakirə edəcəklər

İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə bu gün Aqabada üçtərəfli sammit keçiriləcək.

Bu barədə İordaniya monarxının ofisindən məlumat verilib.

Bildirilib ki, tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri müzakirə edəcəklər.

Görüş İordaniyanın Qəzza zolağında dərhal atəşkəs əldə etmək və ora davamlı olaraq humanitar yardım çatdırmaq səyləri çərçivəsində baş tutacaq.

Yaxın Şərq liderlərinin gözlənilən görüşünün digər təfərrüatları barədə məlumat verilməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər