18 C
Baku
Sunday, April 28, 2024

Yaxın Şərqdəki gərginliyin dərinləşməsi neft qiymətlərini 2% bahalaşdırdı

Qəzza xəstəxanasında baş verən partlayışda yüzlərlə insanın ölməsi xəbəri ardından Yaxın Şərdəki gərginliyi bir qədər də artırıb ki, bu da bölgədən neft tədarükünün mümkün kəsilmə riskləri ilə bağlı narahatlıqlara səbəbindən neftin qiyməti yenidən qalxdı.

Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə 08:00 radələrində 1.69 dollar və ya 1.9% artaraq 91.59 dollar/barelə bərabər olub. WTI markalı xam neftin fyuçersləri 1.84 dollar və ya 2.1% artaraq 88.50 dollar/barelə bərabər olub.

Çərşənbə axşamı Qəzza şəhərindəki xəstəxanada baş verən partlayışda 500-ə yaxın fələstinlinin həlak olmasından sonra bazarlar buna bahalaşma ilə reaksiya verdi.

İordaniya daha sonra ABŞ prezidenti Co Bayden və Misir və Fələstin liderləri ilə keçiriləcək sammiti ləğv edib.

Bəzi ekspertlər hesab edir ki, konflikt genişlənəcəyi halda Brent nefti 100 dollar/barel səviyyəsini bir qədər sonra test edə bilər.

Bazar mənbələrinin çərşənbə axşamı Amerika Neft İnstitutunun rəqəmlərinə istinadən verdiyi məlumata görə, neft qiymətlərini də dəstəkləyən ABŞ xam neft ehtiyatları oktyabrın 13-də bitən həftədə təxminən 4.4 milyon barel azalıb. Bu, analitiklərin proqnozlaşdırdığı 300 000 bareldən daha kəskin azalmadı.

Digər tərəfdən, Çin iqtisadiyyatı üçüncü rübdə gözləniləndən daha sürətli böyüdü, çərşənbə günü rəsmi məlumatlar göstərdi ki, bu yaxınlarda atılan siyasət tədbirləri ilkin bərpanı gücləndirməyə kömək edib. Çin ən iri neft idxalçısı tərəfidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər