8 C
Baku
Monday, March 9, 2026

Yaxın Şərqdəki münaqişə Asiya birjalarında tənəzzülə səbəb olub

Yaxın Şərqdə eskalasiyaların davam etməsi və neft qiymətlərinin kəskin bahalaşacağı ilə bağlı narahatlıqlar fonunda Asiyanın demək olar ki, bütün aparıcı qiymətli kağızlar bazarlarında tənəzzül müşahidə olunmaqdadır.

Bu narahatlıq ən çox Şərqi Asiyanın aparıcı sənaye ölkələrində – karbohidrogenləri daha çox idxal edən Yaponiya və Cənubi Koreya kimi ölkələrdə hiss olunur.

Məsələn, Tokionun Nikkei indeksi yeddi faiz bəndi azalaraq ciddi tənəzzül nümayiş etdirir. Qonşu Cənubi Koreyanın KOSPI indeksi də səkkiz faiz azalıb. Hökumət bazara müəyyən sabitlik gətirmək üçün neftin qiymətinə yuxarı hədd qoyulması kimi qeyri-adi addımın atılmasını nəzərdən keçirir. Bu addım ölkədə son 30 ildə tətbiq edilməyib.

Bazarların hamısı mənfi zonada qalmaqda davam etdiyi bir vaxtda, ABŞ-da Ağ evdən səslənən — bunun qısamüddətli və kəskin bir şok olduğu və neft qiymətlərinin yenidən aşağı düşəcəyi barədə açıqlamalar da investorları ciddi şəkildə arxayınlaşdıra bilmir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər