26 C
Baku
Saturday, July 13, 2024

“Yaxın vaxtlarda ABŞ Rusiyaya yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək”

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, yaxın vaxtlarda ABŞ Rusiya ilə bağlı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edəcək.

“Prezidentin (Cozef Bayden-red) dünən axşam dediyi kimi, əlbəttə, Rusiya hərəkətlərinə görə cavab verəcək. Bu barədə sizə yaxın vaxtlarda daha çox məlumat verəcəyik”, – Ağ Ev rəsmisi deyib.

ABŞ prezidenti Cozef Baydenin sözlərinə görə, Rusiya 2020-ci ildə Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərinə müdaxiləyə görə cavab verməlidir.

Bununla belə, Bayden qeyd edib ki, gələcəkdə “iki işi eyni zamanda etmək”, həmçinin ölkələrin ümumi maraqlarının olduğu sahələr üzrə əməkdaşlıq etmək olar.

Daha əvvəl Ağ Ev Rusiya ila münasibətlərdə “düzxətli” kurs haqqında bildirib. Bundan başqa, Birləşmiş Ştatlar Rusiyanın adını silah idxalı və ya ixracının qadağan olunduğu ölkələrin siyahısına daxil edəcək.

Yeni məhdudlaşdırıcı tədbirlər bu gün qüvvəyə minir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər