13 C
Baku
Sunday, April 13, 2025

Yaxın vaxtlarda daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir

Hazırda məhkəmə sistemində 164 qadın hakim çalışır.

Bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə – 628 nəfərə çatdırılıb:

“Yaxın vaxtlarda daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir. Hazırda hakimliyə namizədlər müsahibə mərhələlərində topladıqları ballara uyğun özlərinə vakant vəzifələri seçirlər. Son il yarım ərzində 93 hakimliyə namizəd bu qaydada seçim edib.

2023-2024-cü illərdə 281 hakim barəsində təyinatlar aparılıb”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər