11 C
Baku
Tuesday, November 26, 2024

“Yaxın zamanda Azərbaycan və Türkiyə milli valyutaları ilə ticarət həyata keçirə biləcək”

Yaxın zamanda Azərbaycan və Türkiyə öz milli valyutaları ilə ticarət həyata keçirə biləcək.

Bunu mənbənin Türkiyə bürosuna açıqlamasında bu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

“Azərbaycan və Türkiyənin milli valyutaları ilə ticarət etməsi çox vacibdir. Bununla bağlı hər iki ölkənin Mərkəzi Banklarına həm Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev müvafiq təlimatlar verib. Hazırda texniki işlər demək olar ki, yekunlaşıb”, – Türkiyənin iqtisadiyyat naziri qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə damarların bir-birinə bağlandığı kimi hər gün daha da bağlanır. N. Zeybekçi iki ölkə arasındakı əməkdaşlıqda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri kim böyük layihələri xüsusi qeyd edib. O, həmçinin İzmirdə (Əliağa) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya layihələri, “Petkim” neft-kimya kompleksi kimi layihələri də vurğulayıb: “Türkiyə bu layihələri dəstəkləyir. Heç kimə vermədiyimiz dəstəyi bu layihələrə veririk. Bunlar da iki ölkənin iqtisadi sahədə bərabər irəliləməsinə təkan verir”.

O qeyd edib ki, iki ölkə arasında sərbəst ticarətin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Nazir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrdən də danışaraq vurğulayıb ki, Türkiyə Naxçıvana xüsusi imtiyazlar verib. O qeyd edib ki, Naxçıvanda istehsal olunan bütün məhsullar sərhəddən rahat şəkildə keçə bilər: “Türk lirəsi Naxçıvan və Türkiyə arasında ticarətdə istifadə oluna bilər. İmtiyazlardan sonra Naxçıvanda istehsal edilən məhsullar daha dəyərli olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər