8 C
Baku
Monday, November 18, 2024

Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq

Yaxın zamanlarda “TURKOVAC” vaksininin Azərbaycanda sınaqlarına başlanılması nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, vaksin hazırda Türkiyədə üçüncü mərhələdə sınaqlardadır.

“Azərbaycan tərəfindən də saziş imzalanıb və bu yaxınlarda həmin vaksinlərin Azərbaycanda da kliniki sınaqlarının başlanması nəzərdə tutulur” – T.Musayev deyib.

 

 

Son xəbərlər
Digər xəbərlər