İqtisadçı ekspert Vüqar Bayramov daha bir bankın bağlanması təklifi ilə çıxış etmişdir. O fikrini əsaslandıraraq bildirmişdirki, daha bir bank öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Monitorinqlərimiz və eləcə də bizə olan müraciətlər göstərir ki, həmin bank hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödəyir.
Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası ya yaxın zamanlarda həmin bankın lisenziyasını ləğv etməli, ya da onun digər banka konseldasiyası prosesini sürətləndirməlidir. Əslində, bakların lisenziyasının ləğv edilməsi deyil, onların birləşməsinə nail olunmasına ehtiyac var ki, heç bir əmanətçi prosesdən ziyan görməsin. Təəssüf ki, bankların konseldasiyası üçün hələ də dəfələrlə təklif etməyimə baxmayaraq, Mərkəzi Bank tərəfindən problemli bankların birləşdirilməsi üçün stimullaşdırıcı və ya təşviqedici fəaliyyətlər həyata keçirilmir. Bank sektorunda ilk beşliyə daxil olan “Bank Standard”ın müflis olmasından sonra bank sisteminə daha fərqli yanaşmanın ortaya qoyulması bir daha aktuallaşıb. Aydındır ki, bankların lisenziyalarını mərhələli şəkildə ləğv etmək heç də bank sektorundakı problemləri həlli kimi qəbul edilə bilməz. Əvvəllər də təklif etdiyim kimi, banklardakı problemli aktivlərin və kreditlərin idarəedilməsi və sağlamlaşdırılması üçün ABŞ-da olduğu üçün xüsusi proqramın hazırlanmasına və tətbiq edilməsinə ehtiyac var. Dollarda olan kreditlərə güzəştlərin verilməsi həmçinin bank sektorunun sağlamlaşdırılması baxımdan olduqca vacibdir. Birmənalı şəkildə, bank sektorundakı problemlərə kompleks yanaşma həyata keçirilməlidir ki, neft bumu dövründə “yağışdan sonraki göbələklər” kimi sayı artan bankların post-neft dövründə müflisləşməsi prosesi dayansın.