8 C
Baku
Thursday, March 28, 2024

Yaxşı işçi necə olmalıdır?

Hələ illər öncə Edvard Morqan Forster belə yazırdı: “İşinə vurğun bir ehtiraslı insan 40 həvəskar işçiyə dəyər”. Bunun üzərindən 10 il keçdikdən sonra britaniyalı romanist Gari Hemel öz “Manifestin gələcəyi” kitabında Forster ilə razılaşır. Gari Hemel yazır: “Biz məhsuldarlıq və intizamın yalnızca ilkin başlanğıc hesab edildiyi bir dünyada yaşayırıq”. O hər bir yaxşı əməkdaşı irəli aparan və onun lider olması üçün vacib olan ayrı-ayrı xüsusiyyətləri təqdim edir.

  • Ehtiras – 35%
  • Yaradıcılıq – 25%
  • Təşəbbüs – 20%
  • İntellekt – 15%
  • Əzmkarlıq  – 5%
  • İtaətkarlıq – 0%

Sonuncu bəndin qiymətləndirilməsi sizcə çox aşağı deyil? Müəllif bunu belə izah edir: “Mən demək istəmirəm ki, itaətkarlıq heç nəyə dəymir. Təbii ki, itaətkarlıq olmayan şirkətdə anarxiya baş qaldırır. Lakin biznesinizin rəqiblik keyfiyyətləri üçün  ”.

Əgər sizin biznesinizin rəqabətinin kritik və yaxud digər xüsusiyyətlərinə nəzər yetirsək görərik ki, itaətkarlıq və çalışqanlığın siyahının sonunda gəldiyinə heç də təəccüb etməməliyik.

O əmindir: “4 milyarda yaxın insanın maliyyə proqresi pilləsində irəli getmək arzusu ilə yandığı bir vaxtda, çalışqan, həvəsli əməkdaş tapmaq elə də problem deyil. Qısası, zamanla ayaqlaşaraq daha da irəli getmək üçün sizə sadəcə diqqətli və ağıllı əməkdaş yetməz. Sizi irəli aparan əməkdaşlar həmçinin enerjili, original, çılğın olmalıdır. Müəllifin fikrincə, bu hər şeydən vacibdir.

Son xəbərlər
Digər xəbərlər