Amerikanın məşhur beysbolisti Yogi Berra deyib: “Əgər getdiyiniz yeri bilmirsinizsə, mütləq səhv yerə gəlib çıxacaqsınız”. Yogi Berra həyatında bu prinsipi rəhbər tutub və həmişə qarşısına düzgün məqsədlər qoyub. Yəqin ki, onun parlaq karyera qurması da məhz bununla əlaqəlidir.
Qarşıya məqsədlər qoymaq çox vacibdir. Və sadəcə qoymaq yox, düzgün qoymaq. Əslində, hər şey ilk baxışdan göründüyü kimi asan deyil.
Düzgün məqsədlərin müəyyən edilməsini başa düşmək üçün Eric Bertrand Larssen-in “Özünə rəhm etmədən” kitabına müraciət edə bilərik.
Nəyə görə hədəfləri müəyyən etmək bu qədər vacibdir?
Yaxşı sahibkar qarşısına düzgün hədəflər qoyur. Əks halda, o, biznesdə heç bir şeyə nail ola bilməz. Şirkətlər qarşılarına adətən qlobal məqsədlər qoyurlar, lakin onlara çatmaq üçün strateji/taktiki planlara ehtiyac olur. Məqsədlər maliyyə göstəricilərə, artım tempi, bazar payı və s. adi ola bilər. Bu hədəflər qeyri-dəqiq olduğu halda, şirkət effektiv ola bilmir.
Şirkətin özü üçün müəyyən etdiyi məqsədlər işçilərə də təsir göstərir. Məqsədlər dəqiq və konkret olduqda, işçilər öz işlərini fərqli şəkildə qəbul etməyə başlayırlar. Hər gün kiçik qərarlar alaraq işçilər bunu nə üçün etdiyini başa düşürlər. Və onların bütün fəaliyyəti daha böyük rol almış olur.
Demək olar ki, hər bir şirkət ağır rəqabət bazarında “sağ qalmaq” uğrunda mübarizə aparmağa məcburdur. Əməkdaşlar öz diqqətini şirkətin məqsədləri üzərində cəmləşdirməlidir.
Məqsədləri düzgün qarşıya müəyyən qoymaq üçün özünüzü şirkətin yerinə qoyun. Missiyanız, qlobal məqsədləriniz, strateji planlar və taktiki vəzifələr haqda düşünün, onları formalaşdırın. “Şirkətin” hərəkət istiqamətini yazın. Əgər bu işə məsuliyyətlə yanaşsanız, nəticə sizi təəccübləndirəcəcək.
Pis məqsədlə yaxşı məqsəd arasındakı fərq
1. Qısa və düşünülmüş olmalıdır. Xəyallar abstrakt xarakter daşıyırlar və çox vaxt qeyri-real səslənirlər. Əslində, xəyal qurmaq pis bir şey deyil. Əgər məqsədinizi xəyal kimi formalaşdırsanız, onu heç vaxt gerçəkləşdirə bilməyəcəksiniz. Yaxşı məqsəd qısa, aydın və başa düşülən olmalıdır.
2. Əlçatan olmalıdır. Ətrafınıza ayıq baxın. Siz həddindən artıq ambisiyalı olsanız da, əlinizdə olan real imkanları da nəzərə almalısınız. Əgər futbolçu karyerasına hələ təzə-təzə başlayırsınızsa, bir ilə “dünyanın ən yaxşı futbolçularının top 10-luğu” siyahısında olmaq istəyi real görünmür. Məqsədin real olub-olmadığını başa düşmək üçün, ona çatmaq məqsədilə atacağınız addımları təsəvvür edin. Əgər onlar arasında sizə qaranlıq qalan və ya mümkünsüz gördüyünüz məqamlar varsa, bu məqsəd düzgün qoyulmayıb.
3. Yazılı şəkildə olmalıdır. Məqsədinizi yazsanız, onun əhəmiyyəti artacaq. İnsanlar adətən məqsədləri yazmırlar, beyində saxlamağı üstün tuturlar. Lakin bu üsulu sınasanız, dərhal dəyişikləri hiss edəcəksiniz.
4. Duyğulara toxunmalıdır. Əgər məqsədinizi düşünəndə heç bir müsbət emosiya keçirmirsinizsə, seçdiyiniz məqsəd səhvdir. Doğru məqsəd sizə müsbət təsir göstərməlidir və müəyyən daxili reaksiyaya səbəb olmalıdır. Məqsədinizə aparan yolda kiçik qələbələr belə sizi xoşbəxt etməlidir.
5. Motivasiya etməlidir. Hər zaman məqsədinizi düşünün və o sizə düzgün qərarlar verməyə kömək edəcək. Əgər bu belə deyilsə, seçdiyiniz məqsəd yanlışdır.
6. Gündəlik fəaliyyətinizi düzəltməyə kömək etməlidir. Hər gün məqsədinizə daha da yaxın olacaqsınız. Nə qədər çox yaxın olsanız, etməli olduğunuz şeyləri bir o qədər yaxşı başa düşəcəksiniz. Yaxşı və doğru seçilmiş məqsəd sizə dünən etdiyiniz işi bu gün daha mükəmməl şəkildə yerinə yetirməyə kömək edəcəkdir.
Özünüzə müraciət edin və nə istədiyinizi soruşun. Unutmayın ki, bu və ya digər məqsədə çatmaq üçün, hər gün ona vaxt ayırmalı olacaqsınız. Bu səbəbdən məqsədləri doğru seçməyiniz vacibdir.