7 C
Baku
Thursday, December 12, 2024

“Yaxşı” sözünü bilməyən

Günlərin bir günü bir insan öz keçmiş müəlliminin yanına gələrək ondan məsləhət almaq istəyir.

– Müəllim, mən işdə daim gərgin vəziyyətdəyəm. Şirkətin müdiri heç vaxt heç kəsə yaxşı söz demir. Onun əhval- ruhiyyəsi, işləri hər zaman pisdir.  

– Hətta hər hansısa əməkdaş şirkət üçün həqiqətən də dəyərli bir iş görürsə, və ümumiyyətlə bütün işlər müvəffəqiyyətlə baş tutanda müdir bizim işimizi  qiymətləndirərək deyir: “Bəli… lakin…” və bütün digər problemləri sadalamağa başlayır.

– Bəlkə şirkətdə hər şey həqiqətən də bu qədər pisdir?

-Müəllim, bu vəziyyət artıq səkkiz ildir ki, davam edir. Şirkət inkişaf edir, təchizatlar alır, əməkdaşların sayını artırır, gəlirlər artır!

– Onda qısa bir zamanda həmin şirkətdən ayrıl. “Yaxşı” sözünü bilməyən heç zaman özünü yaxşı hiss etməyəcək və işçilərini də tərifləməyəcək.

Son xəbərlər
Digər xəbərlər