12 C
Baku
Friday, January 10, 2025

Yay – işə düzəlmək üçün ən uyğun zaman

Yayın gəlməsi ilə gənclərin və yaxud tələbələrin boş vaxtları yaranır və bu boş zamandan da səmərəli istifadə etmək mümkündür.

Tələbələr əsas “yay işçiləri” hesab olunur. Çünki onlarda hər zaman müstəqillik və özünü təmin etmə arzusu var. Yay yeni duyğular və işə düzəlmək üçün ideal bir zamandır. Bir çox şirkətlər yay ərzində işləmək üçün gənc, ambisiyalı mütəxəssis və hətta təcrübəsiz olan tələbələrin işə qəbulunu elan edir. İşə qəbulla bağlı qəzet və jurnallara baxdıqda minlərlə bu cür elanlara rast gəlmək olar. Bəzən bəzi təşkilatlar gənc mütəxəssislər vasitəsilə işçi heyətindəki çatışmazlıqları aradan qaldırılır.

Bəzən yay daimi iş yerinə sahib yüksək ixtisaslı əməkdaşlar üçün qırılma dövrünə çevrilir. Yayda işçilərin aktivliyi enir və onların cari işlərini təhlil edərək digər vakansiyalara baxmağa vaxtları yaranır. Bir çox hallarda dəyişmək arzusu və yeni duyğular iş yerinin dəyişdirilməsi ilə nəticələnir.

Yay vakansiya seçimləri ilə zəngindir. Çünki yay vaxtı bir çox insan evini təmir etməyə qərar verir, daha çox paltar, bəzək əşyaları, məzuniyyətdə səfər etmək üçün müxtəlif aksessuarlar və s. alırlar. Yayda satış menecerlərinə, satıcılara, ticarət agentlərinə, sistem idarəçilərinə böyük tələbat yaranır. Əlbəttə, bir çox hallarda belə vakansiyalar müvəqqəti olsalar da, nədənsə başlayıb yenilik etmək istəyənlər üçün əla imkanlardır.

Lakin yayda iş axtararkən ehtiyatlı olmaq lazımdır. Çünki bəzən kiçik biznes nümayəndələri və firmalar öz xeyirləri üçün müvəqqəti vakansiyalardan istifadə etməyə cəhd edirlər. Onlar işçilərini sınaq müddəti ilə işə qəbul edirlər. Qaydalara əsasən, sınaq müddəti üçün pul ödənilmir və yaxud ümumi ödənişdən daha az məbləğ ödənilir. Sınaq müddəti isə bitdikdə işçiyə sadəcə təcrübəsinin aşağı səviyyədə olması və yaxud hər hansı bir bəhanə gətirilərək işdən uzaqlaşdırılır. Beləliklə, kiçik biznes nümayəndələri və firmalar kiçik vakansiyaları böyük xərc çəkmədən bağlamış olurlar.

Son xəbərlər
Digər xəbərlər