1 C
Baku
Saturday, December 14, 2024

Yayda neft 80 dollar olacaq

Ekspertlər: “İlin ikinci yarısından neftin qiyməti yüksələcək”

Bazarlar Bu ilin iyununda dünya bazarında neftin qiyməti bahalaşacaq.

Yay ayından etibarən “qara qızıl”ın qiyməti yuxarı qalxmaqa başlayacaq və bu ilin sentyabrında bir barelin qiyməti 75-80 dollar təşkil edəcək.

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısında çıxış edən iqtisadçıların və ekspertlərin fikrincə, ilin ikinci yarısında neftin qiyməti yüksələcək və bu, bəzi ölkələr üçün sevindirici olacaq. Neftin qiymətinin aşağı düşmə ehtimalına gəlincə, bu, eniş gözlənilmir.

Xatırladaq ki, dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib. Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,2 dollar ucuzlaşaraq 58,95 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar azalaraq 66,32 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,21 dollar ucuzlaşaraq 66,66 dollar təşkil edib.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər