18 C
Baku
Tuesday, April 23, 2024

Yayın əvvəlindən Rusiyaya hücum edən dronların sayı hər ay iki dəfə artmağa başlayıb

Avqust ayında Rusiya və Krım ərazisi azı 152 dronla hücuma məruz qalıb. Bu, iyuldakından (80) iki dəfə, iyundakından (40) isə, demək olar, dörd dəfə çoxdur.

Hesablamanı “Agentstvo” nəşri aparıb.

Nəşr yalnız sərhəd bölgələrindən kənarda (Ukrayna ilə sərhəddən 20 km məsafədə) yerləşən hücumları təhlil edib. Bunun kiçik dron hücumlarını ciddi hazırlıqla müşayiət olunan ciddi hücumlardan ayırmaq üçün edildiyi vurğulanıb. Bu cür hücumlarda azı 425 dron iştirak edib. Bununla belə, Rusiya ərazisinə gələn PUA-ların ümumi sayı bu rəqəmi üstələyir. Belə ki, avqustun 31-də RBC Rusiya hakim orqanlarının hücumlarla bağlı bütün açıqlamalarını təhlil edərək onların sayının 511 olduğunu deyib.

“Agentstvo” qeyd edib ki, dron hücumları, demək olar ki, gündəlik hal alıb: avqust ayında yalnız altı gün olub ki, dron hücumu barədə məlumat verilməyib.

Hücumlardan ən çox zərər çəkmiş ərazilər 2014-cü ildə anneksiya edilmiş Krım və Sevastopoldur ki, burada keçən ilin iyun ayından azı 209 dron uçub. Sadəcə avqustun 25-də Rusiya Müdafiə Nazirliyi 42 PUA-nın eyni anda hücum etdiyini açıqlamışdı.

İkinci yeri azı 49 dronun uçduğu Moskva regionu (paytaxt Moskva və Moskva vilayəti) tutur. Azı 31 dron Bryansk vilayətinə, 24-ü Belqorod vilayətinə uçub.

Ümumilikdə dronlar 19 regiona hücum edib. Ən uzaqməsafəli hücum avqustun 30-da Ukrayna ilə sərhəddən 700 km məsafədə yerləşən Pskov hava limanına dronun zərbə endirməsi olub. 2022-ci ilin dekabrında isə Tu-141 “Strij” dronları Ukrayna ilə sərhəddən təxminən 500 km aralıda yerləşən Saratov vilayətindəki Engels aerodromuna iki dəfə uça bilib.

PUA-ların hücumu nəticəsində azı 9 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.

Qeyd olunub ki, hesablamalarda yalnız rəsmilər tərəfindən açıqlanan həmlələr, həmçinin foto və ya video ilə təsdiqlənən hücumlar nəzərə alınıb. Dronların sayı məlum olmadığı təqdirdə, onlar 1 dənədən hesablanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər