17 C
Baku
Sunday, May 26, 2024

Yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu bu tarixdə başa çatır

İyunun 15-də 2022-2023-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatacaq.

Bu barədə Təhsil Tələbə Kredit Fondundan xəbər verilib.

Bikdirilib ki, yaz semestri üçün təhsil tələbə krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər.

Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla hər gün qəbul olunur.

Qeydiyyat yekunlaşdıqdan sonra da müraciətlərin emalı davam edəcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər