Vyetnam
Vyetnam müxtəlif hava şəraitinə malik üç regiona sahibdir. May ayı da bu ölkəyə səfər üçün ən yaxşı aydır. Dağlarda, şimalda bir o qədər də soyuq və yağış olmayacaq. Mərkəz hissədə isə mülayim hava sizi gözləyəcək. Burada məşğuliyyət olaraq çimərlik istirahətindən, görməli yerlərdən və möhtəşəm təbiətdən zövq ala bilərsiniz.
İordaniya
Aprel və may ayının əvvəli İordaniyaya səfər üçün ən ideal vaxtdır. İsti yay və soyuq qış mühitinin olmadığı, əsl yaz fəslini yaşamaq istəyirsinizsə İordaniyaya üz tutun.
Şri-Lanka
Kiçik Şri-Lanka adası özünün dəyişkən iqlimi ilə məşhurdur. Şri-Lankada turistlərin xərcinin ən az olduğu vaxt məhz may ayıdır. Yeni ildən sonra qiymətlər sürətlə enir və yaya qədər aşağı səviyyədə qalmaqda davam edir. Burada da çimərlik, görməli yerlər turistləri cəlb edən cəhətlərdəndir.
Gürcüstan
May Gürcüstana səfər üçün ən ideal vaxtdır. Artıq soyuq deyil, yaz yağışalrı geridə qalıb və hələ ki, yay fəslinin istisi özünü yetirməyib.
Türkiyə
May ayında Türkiyədə hava şəraiti istirahət üçün çox əlverişlidir. Qara dənizdə çimmək hələ tez olsa da, Egey və Aralıq dənizində suyun temperaturunun yüksək olması ehtimalı böyükdür.
Cenevrə
Gündəlik iş stresindən və səs-küylü şəhər mühitindən uzaqlaşmaq istəyənlər üçün ideal yer Cenevrədir. Səs-küylü gecə əyləncələrini bu şəhərdə görmək mümkün deyil və axşam saat 10-dan sonra şəhərin küçələri tənhalaşmağa başlayır.
Portuqaliya
Portuqaliya turistlər üçün İspaniya və İtaliyada olduğundan daha ucuz başa gəlir. Burada turizm mövsümü yayın ortalarında başladığından qiymətlər yaz fəslində nisbətən aşağıdır.