17 C
Baku
Cümə, Oktyabr 22, 2021

Yazışmaları “WhatsApp”dan “Telegram”a köçürmək mümkün olacaq

“Telegram” messenceri istifadəçilərin söhbət tarixçələrini “WhatsApp” da daxil olmaqla digər messencerlərdən köçürməsinə imkan verən iOS 7.4 yeniləməsini təqdim edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“App Store”da yerləşdirilən yeniləmənin təsvirində deyildiyi kimi, indi iOS istifadəçiləri söhbət tarixçələrini “WhatsApp”, “Line” və “KakaoTalk” messencerlərindən “Telegram”a köçürmək imkanına sahibdirlər. Mesajlardan əlavə olaraq, istifadəçilər bütün iştirakçılar üçün yaratdıqları qrupları, gizli söhbət otaqlarını və zəng tarixçəsini silə biləcəklər.

Eyni zamanda, iOS istifadəçiləri “Telegram”da özlərini rəsmi şəxs, təşkilat və ya onların nümayəndəsi kimi təqdim edən qrup və kanallar barədə şikayət edə biləcəklər.

Xatırladaq ki, yanvar ayının əvvəlindən “WhatsApp” 30 milyondan çox istifadəçisini itirib. Bunun əsas səbəbi isə istifadəçilərin tətbiqdən yeni istifadə qaydalarını mənfi qiymətləndirməsi olub. Nəticədə onlar “Signal” və “Telegram” kimi messencerlərə üstünlük verməyə başlayıb. Bu hadisədən sonra “WhatsApp” yeni razılaşmanın qüvvəyə minəcəyi tarixi 15 mayadək təxirə salıb.

Son xəbərlər
Oxşar xəbərlər