25 C
Baku
Friday, April 19, 2024

Yazlıq əkində Azərbaycan ən çox hansı bitkiyə üstünlük verib?

Dövlət Statistika Komitəsi bu ilin yanvar-aprel ayı üzrə hesabatında yaz əkininin əvvəlindən etibarən əkilmiş bir sıra qida məhsullarının əkin sahəsi ilə bağlı statistikanı paylaşıb.

Banker.az xəbər verir ki, dənlilər və dənli paxlalı bitkilərin əkin sahəsi (qarğıdalısız) 27.8% artaraq 20 399.2 hektara çatıb. Onların içində çəltik əkinində isə 38.7%-lik azalma var. Belə ki, hesabat dövründə çəltik əkini 327.7 hektarı əhatə edib. Buğda əkinində də artım var, lakin vələmirin əkin sahələrinin həcmində demək olar ki, dəyişiklik olmayıb – 5 936.2 ha-da vələmir əkilib.

Maraqlı fakt budur ki, qarğıdalı əkinində azalma var. Belə ki, cari ilin yanvar-aprel aylarını əhatə edən hesabata görə, yaz əkininin əvvəlindən etibarən qarğıdalı əkini ötən ilin analoji dövrü ilə müqayisədə 5% azalaraq 22 076.1 ha olub.

Hesabat dövründə pambıq əkinində 5.7% artım, dən üçün günəbaxan əkinində 11.6%, tütün əkinində 14.7% azalma olub. Bu bitkilər müvafiq olaraq 86 339,5 ha, 8 985.3 ha, 934.2 ha ərazidə əkilib.

Həmçinin şəkər çuğunduru (emal üçün), kartof, tərəvəz və bostan bitkiləri də illik müqayisədə az əkilib. Onların əkin sahələri müvafiq olaraq 5.8%, 4.3%, 1.3% və 3.1% azalıb. Belə ki, 4 453.8 ha ərazidə şəkər çuğunduru, 51 606.3 ha ərazidə kartof, 47 254 ha ərazidə tərəvəz, 14 336,3 ha ərazidə isə bostan bitkiləri əkilib.

 

Son xəbərlər
Digər xəbərlər