2 C
Baku
Saturday, December 14, 2024

Yazlıq əkinlərin bəyanı ilə bağlı bölgələrdə fermerlərə səyyar xidmətlər təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə fermerlərə səyyar xidməti davam etdirir.

Hazırda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları Şəmkir rayonunun ucqar dağ kəndlərində yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı səyyar xidmətə başlayıblar. Şəmkir rayonunun dağlıq ərazilərdə yerləşən Günəşli, Varlı həyat və Yeni Göyçə kəndlərində yazlıq əkinlərin bəyanı ilə əlaqədar 37 fermerə səyyar xidmət göstərilib. Növbəti günlərdə rayonun Dağ Cəyir, Aşağı Çaykənd və Yuxarı Çaykənd kəndlərində mikroavtobuslar vasitəsilə fermerlərə səyyar xidmət təşkil olunacaq. Bu gündən isə Şəki rayonunda fermerlərə səyyar xidmət göstərilməsinə start verilib.  

Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları indiki mərhələdə rayon mərkəzindən uzaqda yerləşən kəndlərdə səyyar xidmətin təşkilinə cəlb olunublar. Xidmətin təşkili zamanı xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur. Fermerlər xidmət növbəsinə yazılır, onlara tibbi maskalar paylanır, gözləmə zamanı sosial məsafənin qorunmasının zəruriliyi ilə bağlı təlimatlandırılırlar. Xidmət göstərilən mikroavtobuslarda gündəlik dezinfeksiya işləri aparılır.  

Gələn həftə isə Xaçmaz, Masallı, Kürdəmir və Bərdə rayonlarında fermerlər üçün səyyar xidmətin göstərilməsi planlaşdırılır.

IMG 20200514 WA0013 2

IMG 20200514 WA0009 1IMG 20200514 WA0017IMG 20200514 WA0011IMG 20200514 WA0007

Son xəbərlər
Digər xəbərlər