26 C
Baku
Friday, September 5, 2025

Yeddi Avropa ölkəsi Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub

Avropa İttifaqının (Aİ) 15 iyulda beş fiziki şəxsə qarşı qəbul etdiyi anti-Rusiya sanksiyalarına yeddi Avropa ölkəsi qoşulub. Bu barədə Avropa Şurasının saytında məlumat verilir.

Qərarı dəstəkləyən ölkələrin siyahısına Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Monteneqro, Şimali Makedoniya, Norveç, Moldova Respublikası və Ukrayna daxildir.

Avqustun 17-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sentyabrın əvvəlində qəbul olunmalı yeni anti-Rusiya sanksiyaları paketini elan edib. O, Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi davam etdirmək niyyətini təsdiqləyib.

Avropa İttifaqının əvvəlki – 18-ci sanksiyalar paketi iyulun 18-də qəbul olunmuşdu. Məhdudiyyətlər “Şimal axını” qaz kəmərlərini, “kölgə donanması”na aid 105 tanker və Hindistandakı “Rosneft”in neft emalı zavodunu əhatə edib. Həmin vaxt Rusiya neftinin qiymət tavanı 60 dollardan 47.6 dollara endirilmiş, həmçinin Rusiya xam neftindən alınan neft məhsullarının idxalına qadağa qoyulmuşdu. Məhdudiyyətlər həmçinin 14 fiziki və 41 hüquqi şəxsə şamil olunub.

Son xəbərlər
Digər xəbərlər