Yeddi ayda Gömrük Komitəsi büdcəyə 2,3 milyard manat köçürüb

Cari ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 360 milyon manat olub.

Komitədən Banker.az-a bildirilib ki, yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 568 milyon 565 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 691 milyon 437 min manat, aksizlər üzrə 78 milyon 489 min manat, yol vergisi üzrə isə 21 milyon 543 min manat təşkil edib.