11 C
Baku
Monday, December 23, 2024

Yekunda uğur qazanan ən axmaq biznes ideyaları

İndiyə qədər biznesə başlamaq arzusunda olan neçə insan sizə öz ideyasını danışıb, siz isə onları ələ salaraq gülmüşünüz: “Axı bu tamamı ilə axmaqlıqdır, mən heç bu cür kiminsə pul qazanmasını görməmişəm”. Bəs onlardan neçəsi, sizin dediklərinizə rəğmən yenə də inadla öz ideyasının arxasınca getməyə qərar verib və öz qərarında qətiyyətli davranıb, əminəm ki, belə insanların sayı çox az olsa da, amma yenə də vardır. Amma əslinə qalsa, bu gün informasiya texnologiyaları bazarında liderlik edən və dəb müəyyənləşdirən kompaniyaların əksəriyyəti kağız üzərində ikən çox gülməli görünürdülər. Google, Facebook, Twitter, Firefox – sadəcə layihə olduqları vaxtda ümumiyyətlə rəqabətə davamsız təsiri bağışlayırdı. Amma məhz belə bir layihələrə cəsarət edib, pul yatıranlar bu gün “yağlı tikə” sahibi olublar. 

Biz internet istifadəçilərinin “Uğurlu kompaniyalara çevrilən hansı axmaq start-up ideyalarını tanıyırsınız?” sualına verdiyi cavablardan seçmələri toplayıb qısa məqalə halına salmışıq. Düzdür, bir az məzəli siyahı alınıb, amma düşünürük ki, bu yeni başlamaq istəyən start-uplar üçün yaxşı motivasiya rolunu oynaya bilər.

Craigslist (elektron yeniliklər saytı) — əbədi pulsuz və əbədi çirkin.

Mint (onlayn mühasibatlıq servisi) — öz bank hesablarınız, broker əməliyyatlarınız və kredit kartlarınız barədə bütün informasiyanı bizə verin, onları sizə daha yaxşı halda qaytaraq. Əgər şriftlər yaşıl və gözəl olsa –siz özünüzü daha zəngin hiss edəcəksiniz.

Facebook — dünyaya daha bir MySpace və ya Friendster lazımdır, ola bilsin biz cəmi bir neçə illiyə gecikmişik. Bu “Ivy League”-in ( ABŞ-ın səkkiz universiteti nəzərdə tutulur) antisosial üzvləri üçündür.

Dropbox — biz faylların mübadiləsi və sinxronlaşdırılmasının həll yolunu tapacağıq, düzdür belə məhsulların sayı bazarda onsuz da çoxdur, amma bizim cəmi bir funksiyamız olacaq.

Amazon — biz kitabları onlayn satmağa başlayacağıq, baxmayaraq ki, istifadəçilər hələ də internet şəbəkələrdə ödənişləri kredit kartlarla etməkdən çəkinirlər. Amma onları addım-addım müşayiət edən məsrəflər, onların qənaət etməyə çalışdığı bütün pulları yeyib-dağıdır. Onlar rahatlıq naminə bizim xidmətdən istifadə etməli olacaqlar, baxmayaraq ki, belə halda onlar kitabı haradasa 1 həftə gözləməli olacaqlar.

iOS — ideya: Mac OS, Windows və ya Linux üçün hazırlanmış yer üzərindəki milyonlarla proqramlardan heç birini dəstəkləməyəcək, yeni əməliyyat sistemi yaratmaq. Yalnız Apple bu platforma üçün proqram təminatı hazırlaya bilər.

Google — bir sayca dünyada 20-ci axtarış sistemini yaratmağa hazırlaşırıq, baxmayaq ki indiyə qədər olan axtarış sistemləri istifadəsi qalıb və pul məsrəfindən başqa heç nə ilə nəticələnməyib.

Github — proqramçılar ömürlərinin sonuna qədər kodu gizlədilməyən, pulsuz proqram təminatına görə aylıq vergi verməyə ürəkdən məmnundurlar.

PayPal– insanlar öz təhlükəli e:mail-ünvanlarını istifadə edərək, qeyri bank xidmətinin dəstəyi ilə öz real pullarını bir-birinə ödəyəcəklər.

Paperless Post (onlayn dəvətnamə kartları) –biz Evite kimiyik, amma pullu xidmət göstəririk. Bütün dostlarınız biləcək ki, siz axmaqsınız.

Instagram — foto-paylaşım proqramı (tətbiqetməsi) olub, telefonla çəkilən şəkillərin müxtəlif effektlərlə paylaşılmasını təmin edir.

Firefox — biz dünyanın ən yaxşı veb-brauzerini yaradacağıq, baxmayaraq ki, dünyadakı 90% kompüterdə onun pulsuz analoqu quraşdırılıb. Bir oğlan demək olar ki, bütün işi görəcək.

Twitter — ümumiyyətlə nədir ki?

Twitter (ingilis dilindən «twit» — «çərənləmək», «birnəfəsə danışmaq».) — pulsuz internet xidmətidir. İstifadəçilərin qısa (140 simvolluq) qeydlərlə söhbətləşməsi üçün yaradılmış bir mikrobloq xidmətidir. İstifadəçilər mikrobloqa qeyd əlavə etmək üçün, web-səhifədən, SMS(qısa ismarıc xidməti) və ya bu sistem üçün yaradılmış proqramlardan istifadə edirlər.

Groupon — biz xırda biznes sahiblərini inandıracağıq ki, daha super və vaxt məhdudiyyəti olan endirimlər təklif etsinlər və bu endirim reklamlarını çap edən qəzetlərə deyil, bizə daha çox pul ödəsinlər. Başqa sözlə, biz öz müştərilərimizi onların biznesindən çıxışdırıb çıxaracayıq.

Airbnb — Siz öz mehmanxananızda təsadüfi insanlara yer verməyə hazırsınız? Bəli. Onlara səhər tezdən səhər yeməyi də hazırlamağı düşünürsünüz? Bəli. Siz üç dəfə yenidən başlamağa hazırsınız? Bilirsiniz ki, cəmi yarım il sonra sizin icraçı direktorunuz vəzifəsini tərk etmək istəyəcək? Hə.

Snap Chat — biz onsuz da dolmuş bazara yeni heç nə gətirməyəcəyik.

Foursquare — Facebook, Yelp və Twitter-in bütün, az-çox faydalı funksiyaları bir yerdə -mənasız bir proqramda birləşir.

Whatsapp — deməli sizin, Gtalk, Facebook və mobil internetdə istifadə edilməsi mümkün olan çoxlu sayda digər çat-opsionlarınız var. Həmçinin darıxdırıcı SMS-ləriniz də var. Amma bu sizin istədiyiniz deyil, Siz istəyirsiniz ki, sizin telefon nömrəniz olan hər bir kəs, sizin statuslarınızı interfeys vasitəsi ilə şəkillərlə görə bilsin və bu onları sizə cavab yazmağa məcbur etsin

“WhatsApp Messenger” adlı bu proqram sizə SMS-ə ödəmə etmədən internet vasitəsi ilə dostlarınıza mesaj göndərməyə imkan verir. Bu proqram 3G, EDGE və ya WiFi vasitəsi ilə işləyir. Həmçinin iPhone, Android və BlackBerry modellərində “WhatsApp” istifadəçilərinə mesaj göndərə biləcəksiniz.

Quora — insanlar bura gələcək və təsadüfi sualları rəy olaraq yazacaq, təsadüfi axmaqlar isə insanları yazdığı bu təsadüfi sualların cavabını vikipediya ensiklopediyasından taparaq, burda yazacaqlar.

Son xəbərlər
Digər xəbərlər