ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) idarə heyətinin sədri Janet Yellen bildirib ki, FED-nin bu ay ərzində keçiriləcək iclasında faiz dərəcəsinin artırılmasını “uyğun” adlandırıb.
Banker.az maliyyə portalı xəbər verir ki, Janet Yellen 3 mart tarixində top-menecerlərin Çikaqo klubunda çıxışı zamanı FED-nin postböhran pul siyasətinin mərhələləri haqqında danışıb.
Qeyd edək ki, Janet Yellen-in səlahiyyətləri 2018-ci ilin fevral ayında bitir və Donald Trumpın bildirdiyini görə, bu səlahiyyətin müddəti uzadılmayacaq.
Yellen çıxışı zamanı pul siyasətinin qısa retrospektiv qiymətləndirilməsi ilə yanaşı, faiz dərəcələrinin FED-nin 14-15 mart tarixlərində keçirilən iclas zamanı artırılması planları barədə demək olar ki, açıq-aşkar məlumat verib.
Faiz dərəcələrinin artırılması barədə razılıq əldə edilərsə (böyük ehtimalla 0,25%), bu FED tərəfindən son 11 ildə üçüncü belə qərarı olacaq. Bu zamana qədər isə, faiz dərəcələri 2015 və 2016-cı illərdə artırıldı: 0-0,25%-dən 0,25-0,5%-ə və 0,25-0,5%-dən 0,5-0,75%-ə.
“Baza faiz dərəcələrinin müvafiq dəyişdirilməsi ilə bağlı bizim proqnozlarımız iqtisadi proqnozları nəzərə alır. Qeyd edək ki, nəzərə alınan bu proqnozlara görə, yaxın illərdə iqtisadiyyat əmin addımlarla inkişaf edəcək, əmək bazarında göstəricilər bir qədər də yaxşılaşacaq, bununla belə, inflyasiya 2% səviyyəsində olacaq.
İqtisadi göstəricilər bizim gözləntilərimiz ilə üst-üstə düşdüyü təqdirdə yaxın planda mütəmadi olaraq faiz dərəcələrinin artırılması məsələyə müvafiq olacaq. Bu ay keçirilən iclas zamanı komitə məşğulluq sahəsində vəziyyətin yaşılaşmasını və inflyasiyanı bizim gözləntilərimiz ilə müqayisə edərək qiymətləndirəcək. Çox güman ki, bu halda baza faiz dərəcəsinin gələcək dəyişikliyi müvafiq xarakter daşıyacaq” – deyə Yellen qeyd edib.