9 C
Baku
Wednesday, November 6, 2024

Yellen: “İnflyasiya hədəflənən səviyyəyə yaxınlaşır”

“ABŞ iqtisadiyyatı qısamüddətli perspektivdə hər hansı maneələrlə üzləşməyəcək”. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu barədə ABŞ-ın Federal Ehtiyat Bankının (Federal Reserve System, FED) rəhbəri Canet Yellen bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ-da işsizlik aşağı səviyyədədir, əmək bazarı da canlanmaqdadır: “Olduqca aşağı səviyyədə olan inflyasiya bir qədər artıb və hədəflənən 2% səviyyəyə yaxınlaşmaqdadır”.

FED ötən ilin dekabr ayında keçirdiyi iclasda uçot dərəcəsini artıraraq 0,5-0,75% diapazonunda təsdiqləyib. İclasdan sonra FED-in rəhbəri qeyd edib ki, tənzimləyici 2017-ci ildə uçot dərəcəsini 3 dəfə artıracaq.

Dekabrda işsizliyin səviyyəsi 4,7% olub, halbuki, noyabrda bu göstərici 4,6% idi.

C. Yellenin sözlərinə görə, yaşayış standartının əsas göstəricisi olan məhsuldarlıq aşağı səviyyədə qalıb və iqtisadçılar da bunun səbəbini anlamağa çalışır. O qeyd edib ki, gəlirlərdən əldə olunan vəsait daha çox ali təhsilli işçilərə ödənilir, bu isə ABŞ-da bərabərsizliyin artmasına səbəb olur. FED rəhbəri böhrandan sonra bankçılıq sahəsində aparılan islahatları yüksək qiymətləndirərək bunun maliyyə sektorunun daha təhlükəsiz və daha davamlı olmasına şərait yaratdığını bildirib. “Bunlar çox mühüm dəyişikliklərdir. Mən əsla bu dəyişikliklərin əvvəlki vəziyyətə qayıtmağını görmək istəmirəm”, – deyə FED rəhbəri qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər