1 C
Baku
Saturday, December 14, 2024

Yellenin açıqlamaları mart ayına nə vəd edir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Janet Yellen dünən, fevralın 14-də Senatda, Bank Komitəsi üzvləri qarşısında çıxış edib. “Bloomberg” agentliynə istinadən xəbərə görə, o, çıxışında son 6 ayda FED-in monetar siyasəti barədə məruzə etməklə bərabər uçot dərəcəsinin nə zaman artırılacağı ilə bağlı siqnallar verib. Çıxışı zamanı baş bankir vergi-büdcə siyasətində ediləcək dəyişikliklərin iqtisadiyyatın perspektivlərinə təsirinin hansı ölçüdə olacağını gözləmək lazım olduğunu bildirib.

Bununla yanaşı, Yellen vergi-büdcə siyasətinin uzunmüddətli iqtisadi artım tempini artırmaqda, məhsuldarlığı yüksəltməkdə önəmini vurğulayıb. Həmçinin, o, FED-in təkrar investisiyaların yumşaq monetar siyasəti dəstəklədiyini və Bank rəhbərliyinin iqtisadiyyatın yavaş templərlə inkişaf edəcəyinə inandığını qeyd edib.

chunk 2192
Jannet Yellen, 14 fevralda çıxışı zamanı

Yellen vergi-büdcə siyasətinin monetar siyasətdən asılı olmaması üçün cəhd göstərəcəklərini deyib. Eyni zamanda, vergi-büdcə siyasətinin əhalinin yaşlaşması amili nəzərə alındıqda xeyli dərəcədə dayanıqsız olduğu qeyd edilib. Çıxışına davam edən baş bankir bildirib ki, bir çox FED üzvü vergi-büdcə siyasətində ediləcək dəyişikliklərlə bağlı spekulyasiyalardan uzaq durmağa üstünlük verib və onlar iqtisadi proqnozlar tərtib etməkdən çəkiniblər.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər