“Yelo Bank” ASC 2025-ci ilin 2-cü rübünü 19 milyon 702 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 26 milyon 18 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin yanvar-iyun aylarında “Yelo Bank”ın cəmi gəlirləri 92 milyon 63 min manat, cəmi xərcləri isə 70 milyon 603 min manat təşkil edib.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Hesabat dövründə bankın cəmi aktivləri 1 milyard 324 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 3.4% artımdır. Bunun 995 milyon 231 min manati müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 6.4% böyüyüb.
“Yelo Bank”ın cəmi öhdəlikləri 1 milyard 136 milyon manatdan 1 milyard 160 milyon manata, cəmi kapitalı isə 144 milyon manatdan 164 milyon manata çatıb.