-3 C
Baku
Sunday, December 15, 2024

Yelo Bank 2021-ə 2 milyondan çox mənfəətlə başlayıb

®Yeni ilə yeni hədəflərlə başlayan Yelo Bank düzgün qurulan strategiyanın ilk bəhrələrini artıq görməyə başlayıb.  

Karantin şərtlərinin yumşalması ilə real sektora dəstəyini bir qədər də gücləndirən Yelo Bank Yanvar ayını 2.1 mln AZN mənfəətlə başa vurub.  

Bankın ümumi kredit portfeli də artaraq 312 mln AZN təşkil edib. Bu artımda əsas pay biznes kreditlərinin üzərinə düşür. 

Belə ki, 2021-ci ilin ilk ayı ərzində bank keçən ilin dekabr ilə müqayisədə 4.6 mln AZN daha çox kredit verib.  

Bununla yanaşı, əvvəlki dövrlərlə müqayisədə bankın əməliyyat xərclərində də nəzərə çarpan azalma müşahidə olunub.

Yanvar ayının göstəriciləri Yelo Bank-ı 2021-ci ilə qoyulmuş böyük hədəflərə daha da yaxınlaşdıran ilk uğurlarındandır. 

Yelo Bank – Parlaq Bankçılıq!

Son xəbərlər
Digər xəbərlər