6 C
Baku
Saturday, December 14, 2024

Yelo Bank-a yeni sədr müavini təyin olundu

Yelo Bank-ın rəhbərliyinə yeni təyinat baş tutub.

Bu barədə Banker.az-ın banka yaxın mənbədən əldə etdiyi məlumatda deyilir.

Müşahidə Şurasının həftətinin cümə günü keçirilən iclasında Elşən Pirmalıyevin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunması barədə qərar qəbul olunub. Bu günkü qərarla, təcrübəli bankir biznes bankçılıq blokunu kurasiya edəcək.

Karyerasına 2005-ci ildə AccessBank-da kredit mütəxəssisi kimi başlayan Elşən Pirmalıyev baş direktor vəzifəsinədək yüksəlib. 2020-ci ildən etibarən isə Biznes bankçılıq idarəsinin baş direktoru qismində Yelo Bankın komandasına qoşulub.

Pirmalıyev həm də Azərbaycan Banklar Assosiasiyasının Kredit işi üzrə Ekspert qrupunun rəhbəridir.

Yelo Bankın majoritar səhmdarı “Topaz Investment Limited” MMC-dir, digər payçılar isə fiziki şəxs və “ISR Holding” şirkətlər qrupudur.

Son xəbərlər
Digər xəbərlər