10 C
Baku
Thursday, December 12, 2024

“Yelo Bank” açıq tender elan edir

®“Yelo Bank” ASC-nin Arxiv otağı üçün mebel avadanlıqlarının alınması məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

  • Təqdim ediləcək məhsulun keyfiyyəti
  • Təklif ediləcək məhsulun qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
  • Müqavilənin icra müddəti

Texniki şərtlər elana link olaraq əlavə olunur.

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 
  • Qiymət təklifi
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
  • Zərflərin hər küncü möhürlənməlidir. 
  • Qiymətlər Azərbaycan manatı və vergilər daxil qeyd olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

 

  • Satın alınacaq avadanlıq siyahısının əldə edilməsi

 

  • Tender iştirakçıları satın alınacaq mebel avadanlığı siyahısını və ətraflı məlumatı saytdan yükləməklə yanaşı, elektron və ya çap edilmiş nüsxədə əlaqələndirici şəxslərdən istənilən iş günü saat 10:00-17:00 arası ala bilərlər.

 

 

  • Müqavilənin icra müddəti

 

 

  • Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 30 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
  • Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.

 

 

  • Ödəniş və digər şərtlər

 

 

  • Təqdim ediləcək məhsullara minimum 2 il zəmanət verilməlidir.
  • Zəmanət müddətinin 2 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
  • Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
  • Tenderin qalibləri 4 ay müddətinə müqavilə məbləğinin 5%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
  • Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Təklif avadanlıqların quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Təklif verilən zaman iştirakçı müqavilə icra edildikdən sonra, 24 ay ərzində zərurət yarandıqda bank üçün eyni məhsullardan təqdim etmək imkanına malik olmalıdır.
  • Tələb edildikdə iştirakçı müəyyən mebel avadanlıqları üzrə 7 gün ərzində nümunə təqdim etmək imkanına malik olmalıdır.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
  • Tender təklifləri Bankın təqdim etdiyi təklif forması üzərindən verilməlidir.
  • Müqavilə imzalanana qədər Bank satın alınacaq mebel avadanlıqlarının sayınının artırılması və ya azaldılması hüququna malikdir.
  • Tender qalibinin Yelo Bankda hesab açması (Tender qalibi elan  olunduqdan sonra)

 

 

  • Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

 

 

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

 

 

  • Satınalan təşkilatın ünvanı 

 

 

Bakı ş. H. Zərdabi küç 81K, AZ1010

Əlaqələndirici şəxs: 

  1. Anar Asgarzade 

İnzibati və Təchizat departamentinin

Təchizat və satınalma şöbəsinin rəhbəri

+99412 981 daxili 1974

+99455 5056575

[email protected]

 

Son xəbərlər
Digər xəbərlər