“Yelo Bank” son ildə mikro kredit portfelini 20%-ə yaxın böyüdüb

“Yelo Bank” ASC 2025-ci ildə mikro sahibkarlığın verdiyi kreditlər 20%-ə yaxın artım dinamikasını davam etdirib.

Banker.az bunu audit hesabatına istinadən xəbər verir.

Bankın mikro kredit portfeli 245 milyon 615 min manat təşkil edib. Bu, 2024-cü ilin sonu ilə  müqayisədə 39 milyon 799 min manat və ya 19.3% artım deməkdir.

Belə ki, həmin ilin sonunda 205 milyon 816 min manat olub.

Kiçik və orta sahibkarlıq (KOB) kreditləri 105.1 milyon manatdan 118.8 milyon manata çatmaqla illik 13%, korporativ kreditlər isə 98.4 milyon manatdan 102.3 milyon manata qədər artıb (3.9%).

Son xəbərlər
Digər xəbərlər