3 C
Baku
Tuesday, February 18, 2025

“Yelo Bank” ASC inzibati binası üçün sinxron prinsiplə işləyən elektrik generatorların alınması məqsədilə açıq tender elan edir

®Generatorlar üzrə tələblər aşağıdakı kimidir: 

Generator sayı – 3 ədəd

Generatorun iş prinsipi – sinxron

Generator gücü – 410 kVa

Sinxron panel – 1 ədəd

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir: 

  • Təqdim ediləcək məhsulun keyfiyyəti
  • Təklif ediləcək məhsulun qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
  • Müqavilənin icra müddəti
  • Avadanlıqlara texniki servis xidmətinin müddəti
  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 
  • Qiymət təklifi
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

Tender təklifi

  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 24 Dekabr 2020-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
  • Zərflərin hər küncü möhürlənməlidir. 
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 
  1. Müqavilənin icra müddəti
  • Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
  • Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.

 

  • Ödəniş və digər şərtlər

 

  • Təqdim ediləcək məhsullara minimum 1 il zəmanət verilməlidir. 
  • Zəmanət müddətinin 1 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
  • Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
  • Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
  • Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
  • Müqavilə imzalanana qədər Bank satın alınacaq avadanlıqların sayınının artırılması və ya azaldılması hüququna malikdir. 

 

  • Satınalan təşkilatın ünvanı 

 

 

  • Bakı ş. Puşkin küçəsi 30, AZ1010

 

  • Əlaqələndirici şəxslər: 

Elşad F. Rəhimov 

İnzibati və Təchizat departamentinin

Baş mütəxəssisi

+99412 981 daxili 1974

+99455 2140087

[email protected]

  1. Tenderin nəticəsi haqqında məlumat

 

  • Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir. 
Son xəbərlər
Digər xəbərlər