8 C
Baku
Monday, November 18, 2024

Yelo Bank-da gənc hüquqşünaslar üçün təlim keçirildi

®Yelo Bank-ın təkilati dəstəyi ilə ELSA Azərbaycanın (European Law Students’ Association) “Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsi baş tutdu. Layihə çərçivəsində Bankın tədbir zalında yerli və beynəlxalq tələbələrin iştirakı ilə iki sessiyalı təlim keçirildi. “Qaçqın və məcburi köçkünlərin hüquqları” mövzusuna həsr olunmuş təlimlərdən sonra iştirakçıların sualları cavablandırıldı. Layihənin əsas məqsədi hüquq tələbələrini və gənc hüquqşünasları maarifləndirmək, praktiki biliklərinin inkişafı üçün şərait yaratmaq və onların gələcək karyeralarına töfhə verməkdir. Layihənin sonunda iştirakçıların törədilmiş dağıntılar, müharibə cinayətlərinin real nəticələri ilə tanış olmaları üçün Şuşa şəhərinə səfər təşkil olundu.

Xatırladaq ki, Yelo Bank istedadlı gənclərə dəstək üçün bir sıra təşkilatlarla əməkdaşlıq edir. Bundan əvvəl Bank ELSA Azərbaycanın İnsan Hüquqları Natiqlik müsabiqəsinin təşkilində və həyata keçirilməsində dəstək göstərib.

Bank xidmətləri, həmçinin istehlak krediti (https://www.yelo.az/az/individuals/loans/consumer-loan/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

038A3837 scaled

038A3828 scaled

038A3840 scaled

038A3799 edit scaled

IMG 8288

Son xəbərlər
Digər xəbərlər