®Yelo Bank-ın yeni əmanət faizini qaçırmayın! İndi Yelo Sabit əmanətindən daha yüksək gəlir əldə edə bilərsiniz. Belə ki, manat ilə 18 və 24 ay müddətlərinə yerləşdirilən əmanətlərə illik 11.5% gəlir təklif olunur. Əmanətiniz Bankda etibarlı qorunmaqla yanaşı, həm də qarşıdakı illərdə maliyyə təminatçınız olacaq.
Əmanətləri 24 ayadək müddətə yerləşdirmək mümkündür və müddətin uzadılması avtomatikdir. Əmanət hesabı açmaq üçün tələb olunan minimal məbləğ 100 AZN-dir. Üstəlik, əmanət gəlirlərini necə alacağınızı özünüz seçirsiniz – istər müddətin sonunda, istərsə də hər ay kart vasitəsi ilə.
Qeyd edək ki, Yelo Bank-da yerləşdirilmiş əmanətlər Əmanətlərin Sığortalması fondunun qaydalarına uyğun olaraq sığortalanır.
Bankın təklif etdiyi əmanət şərtləri hər kəsin ürəyincədir. Təsadüfi deyil ki, ötən il depozit portfelinin artımına görə banklar arasında ən yüksək dinamika (50%) Yelo Bank-da müşahidə olunub. Bankın hazırda depozit portfeli 500 milyon manata yaxınlaşır.
Ətraflı məlumat üçün: https://bit.ly/ylths
Bank xidmətləri, o cümlədən, əmanət faizləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!