Yelo Bank Qarabağ Dirçəliş Fondu (QDF) ilə əməkdaşlığı əsasında yeni “Parlaq Zəfər” əmanətini təqdim edir. Bu məhsulun əsas fərqləndirici cəhəti odur ki, müştəri bu əmanəti açmaqla həm özü faiz gəliri əldə edir, həm də QDF-ə ianə etmiş olur. Belə ki, illik 10.5% dərəcəsi ilə təklif olunan “Parlaq Zəfər” əmanətindən 10%-i müştəri qazanmış olur, qalan 0.5%-i isə onun razılığı əsasında fonda köçürülür.
“Parlaq Zəfər” əmanətinin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın dayanıqlı iqtisadiyyata və güclü regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək olub, eyni zamanda Fonda köçürülən ianələrin artımını təşviq etməkdir. Hər bir əmanətçiyə müddətin sonunda Yelo Bank və Qarabağ Dirçəliş Fondunun adından ianə sertifikatı təqdim ediləcək.
Qeyd edək ki, əmanət məhsulu üzrə faizləri pulsuz plastik kart vasitəsi ilə də əldə etmək mümkündür. Əmanət üzrə minimal məbləğ 100 AZN olmaqla 1 illik müddətə və məhdudiyyətsiz sayda açıla bilər.
Ötən il müzəffər ordumuzun parlaq zəfəri sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu qələbə torpaqlarımızın bizə necə dəyərli olduğunu bir daha sübut etdi. Yelo Bank illərdir həsrətini çəkdiyimiz torpaqların dirçəlişi üçün hər kəsi görülən işlərə dəstək olmağa və bu əmanətə yatırım etməyə çağırır. Qarabağın inkişafında sizin də payınız olsun!
Ətraflı: https://www.yelo.az/az/individuals/deposits/zefer-emanet/
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!
Yelo Bank – Parlaq Bankçılıq.