23 C
Baku
Monday, September 16, 2024

“Yelo Bank” depozit portfelini böyütdü, ili 12 milyonluq xalis mənfəətlə tamamladı

Azərbaycanda ən böyük səhmdar kapitalına sahib olan “Yelo Bank” ASC 2021-ci ildə maliyyə nəticələrində mühüm irəliləyişlərə sahib ola bildi.

Bankın maliyyə hesabatına görə, ötən il ərzində faiz gəlirlərini 19% artırmaqla 63.59 milyon manata qədər artırdı. Bu artımda isə müştərilərə verdiyi kreditlərdən daxil olan 61.68 milyon manatlıq faiz gəliri əsas pay tutub. Bu 2020-ci ildə 49.86 milyon manat idi.

“Yelo Bank” 2021-ci ildə 19.63 milyon manat faiz xərci, 3.59 milyon manat qeyri-faiz gəliri və 49.14 milyon manat qeyri-faiz xərci olmuşdur. Lakin o da qeyd edilməlidir ki, bankın gəlirləri xərclərini tam hələki qarşılaya bilməyib və 1.59 mln. manat əməliyyat zərəri olub.

Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 13.33 mln. manat daxil olması bankı illik11.73 milyon manat xalis mənfəət əldə etməsinə səbəb olub. Bu xalis mənfəətdən sonra bankın yığılmış zərəri azlaraq 314.24 mln. manata düşüb.

Kredit və depozit portfeli böyüyüb

Yelo Bank aktivlərinin həcmini 37% artımla 533.7 milyon manata qədər artırıb. Bank aktivlərində əsas amil, onun biznes (115 mln. manat) və istehlak kreditlərinin (23 mln. manat) böyüməsidir. Beləliklə, kredit portfeli 308.34 mln. manatdan 446.03 mln. manata qədər yüksəlib.

Bankın depozit portfelinin həcmi son bir ildə 235.16 mln. manatdan 352.63 mln. manata qədər böyüyüb. Fiziki şəxslərdən cəlb edilmiş vəsaitlər isə 47% artımla 303.9 mln. manata qədər artıb.

Son xəbərlər
Digər xəbərlər