23 C
Baku
Saturday, April 20, 2024

Yelo Bank Füzulidə məcburi köçkün ailəsinə dəstək oldu

®Yelo Bank Özünüməşğulluq Proqramı çərçivəsində növbəti sahibkara dəstək oldu. Bu dəfə Bank Füzuli rayonunun Bala Bəhmənli kəndində məcburi köçkün olan vətəndaşımızı fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib. 

Un məmulatlarının istehsalı və kiçik çörəkbişirmə müəssisəsinə sahib olmaq istəyən Səfərova Sevda Sevindik qızına Bank tərəfindən lazım olan avadanlıqlar bağışlanılıb. Yelo Bank hər zaman qadın sahibkarların gücünə inanır və qadınların məşğulluğunun təmin edilməsi üçün durmadan çalışır.

Qeyd edək ki, Özünüməşğulluq Proqramı çərçivəsində Yelo Bank indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında fiziki məhdudiyyətli, şəhid və qazi ailəsi, aztəminatlı ailələrdən olan vətəndaşlara müxtəlif sahələr üzrə təmənnasız olaraq aktivlər təqdim edib. Bank öz strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət çərçivəsində ölkəmizdə sahibkarlığın inkişafına, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak etməkdə davam edir.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , həmçinin Whatsapp hesablarımıza yazın cavablandıraq. Bununla yanaşı, bankımızda mövcud olan biznes kreditləri ilə sahibkarlıq fəaliyyətinizi genişləndirə bilərsiniz. 

Yelo Bank – Parlaq bankçılıq!

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər