11 C
Baku
Tuesday, November 26, 2024

Yelo Bank Global HR Summitində mükafata layiq görülüb

®Yelo Bank-ın parlaq fəaliyyəti bu dəfə də diqqətsiz qalmadı. Bakıda ilk dəfə keçirilən  “Global HR SUMMIT 2023” tədbirində Yelo Bank mükafat qazandı. 50 ölkə olmaqla, 700-dən çox HR peşəkarları və liderlərinin qatıldığı sammitdə Bank “Ən yaxşı sağlamlıq və rifah strategiyası” nominasiyasında mükafata layiq görülüb.

Yelo Bank əməkdaşlarının motivasiyası, eləcə də fikizi və emosional sağlamlığı naminə bir sıra silsilə layihələrə imza atıb. Bankın Baş ofisində əməkdaşlar üçün istirahət guşəsi, idman zalı, stolüstü tennis və yoqa otağı quraşdırılıb. Bununla yanaşı, əməkdaşlar arasında futbol turniri, boulinq çempionatı keçirilir, onlar üçün müxtəlif marafon, master-klas, sağlam həyat tərzi və üzgüçülük təlimləri təşkil edilir. Qeyd edək ki, 2023-cü il Yelo Bank-da sağlamlıq ili kimi qeyd edilir. Bu münasibətlə Bankda il sonunadək bir sıra sağlamlıq layihələrinin təşkili gözlənilir. 

Bankçılıq sahəsində parlaq karyera qurmaq istəyənlər Yelo Bank-ın vakansiya elanlarına müraciət edə bilərlər. Daha ətraflı: https://bit.ly/bank-vakansiya

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Son xəbərlər
Digər xəbərlər