16 C
Baku
Wednesday, October 30, 2024

“Yelo Bank” “Hyper-converged” bulud həllinin yaradılması məqsədilə açıq tender elan edir

®“Yelo Bank” ASC “Hyper-converged” bulud həllinin yaradılması məqsədilə açıq tender elan edir. 

Texniki şərtlər və digər tələblər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

–    Qiymət təklifi

–    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

–    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

–   Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan  olunduqdan sonra)

       –  Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyaları)

  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 19 Fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
  • Zərflərin hər küncü möhürlənməlidir. 
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

 

  • Ödəniş və digər şərtlər

 

–    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.

–    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.

–    Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.

–    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

 

  • Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

 

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

 

 

  • Satınalan təşkilatın ünvanı 

 

 

Bakı ş. Puşkin küçəsi 30, AZ1010

Əlaqələndirici şəxs: 

1)Nigar Baxşiyeva 

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+9455 4577616

[email protected]

 

Son xəbərlər
Digər xəbərlər